Azərbaycanda oynamış futbolçuya cinayət işi açıldı

ƏDƏBİYYAT 09 oktyabr 2021, 22:48
"Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, hazırda "Lex"də çıxış edən gürcüstanlı yarımmüdafiəçi şəxsi avtomobili ilə 2 maşını vurub.

Dərhal hadisə yerinə gələn polislər onun içkili olduğunu müəyyənləşdiriblər. 29 yaşlı oyunçunun sürücülük vəsiqəsi əlindən alınıb, həmçinin ona cinayət işi açılıb.

Qeyd edək ki, Nika kvekveskiri 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 aprel 2025, 10:23
Top