800 manat rüşvət alan keçmiş baş həkimdən xəbər var

SOSİAL 05 okt 2021, 21:25
Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının sabiq baş həkimi Yaşar Məlik oğlu Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Unikal.org-un məlumatına görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nizami Quliyevin sədrliyi ilə baxılacaq.
Yaşar Kərimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Y.Kərimovun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Sahib Vafiq oğlu Məmmədovdan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top