MEDİA agentliyi yeni layihəyə başladı — VİDEO


MEDİA 05 okt 2021, 14:12
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində iştirak edən oğullarımızın qəhrəmanlığı dillərə dastandır. Bu zəfər salnaməsi xalqımızın əzminin və iradəsinin təcəssümüdür. 

Biz fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər.

Müharibə müddətində qələmini süngüyə dəyişmiş jurnalistlərimiz son dərəcə böyük şücaət göstərdilər.

Vətən müharibəsi iştirakçısı olan media nümayəndələrinin fədakarlıqları, təəssübkeşlikləri hər zaman yüksək qiymətləndirilir.

Medianın İnkişafı Agentliyi keçdikləri şərəfli döyüş yolunu işıqlandırmaq üçün onların həmsöhbəti olur. Bu dəfə biz çəkirik, onlar danışır. 

Beləliklə, Sizə 44 günlük tarix yazan media qəhrəmanlarımız barəsində silsilə videoçarxları təqdim etməyə başlayırıq.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top