Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü — FOTOLAR

XARİCİ SİYASƏT 05 okt 2021, 12:11
Azərbaycanın Müdafiə Nazirliyi müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

Nazirlikdən Demokrat.az-a daxil olan məlumatda deyilir:

"Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.

Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb".


X X X

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hülusi Akarla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində üç ölkənin müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüşdə müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top