İsmayıllıdan olan şəhid Ramil Musayevin medalı ailəsinə təqdim edildi — FOTOLAR


SOSİAL 05 okt 2021, 09:22
Vətən müharibəsində qəhrəmanlıq  göstərərək şəhidlik zirvəsinə ucalmış kiçik gizir Ramil Musayevin  “Cəbrayılın azad olunmasına görə” medalı ailəsinə təqdim edilib. Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, şəhidin ailə üzvləri iştirak ediblər. 

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirib.

Xatırladaq ki , Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamı ilə Ramil Musayev “Qarabağ” ordeni , "Vətən uğrunda" medalı , "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, uşaq, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top