Vəzifəli şəxs rüşvət alarkən cinayət başında SAXLANILDI

SOSİAL 02 okt 2021, 13:35
Hacıqabul hərbi komisarlığının əməkdaşı rüşvət alarkən cinayət başında yaxalanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanmışdır.

Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top