Azərbaycanlı əsir, itkin və girovlarla bağlı 6 dildə BƏYANAT

DAXİLİ SİYASƏT 30 sen 2021, 23:51
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı mətbuat konfransı keçirilib.

Demokrat.az xəbər verir ki, “Sputnik Azərbaycan” Agentliyinin mətbuat zalında keçirilən toplantıda İctimai Birlik 6 dildə (Azərbaycan, rus, ingilis, fransız, ərəb, alman) bəyanat yayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun sədr müavini Eldar Səmədov tarixə nəzər salaraq, ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş soyqırımlarından, işgəncələrdən danışıb, əsir və itkin düşmüş şəxslərdən bəhs edib.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal qeyd edib ki, bu cür ictimai-siyasi, beynəlxalq əhəmiyyətli mətbuat konfransını keçirməkdə əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması yönümündə həyata keçirdiyi siyasətə vətəndaş cəmiyyəti adından dəstək verməkdir.

Z.Zeynal bildirib ki, erməni vandalizimi nəticəsində əsir və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərə beynəlxalq hüquq təşkilatları diqqətlə yanaşaraq ədalətli mövqe nümayiş etdirməlidir.

Qeyd edək ki, İctimai Birliyin 6 dildə yaydığı bəyanatda deyilir:

“Yüzlərlə soydaşımız erməni qəsbkarlığının qurbanı olaraq soyqırınına, terrora, işgəncəyə, insanlığa sığmayan vəhşiliyə rast gəlib. Çoxlu sayda vətəndaşlarımız var ki, hazırda itkin dümüş, girov götürülmüş şəxs kimi qeydiyyatdadır və doğmaları onlarla bağlı təsəlli üçün hər gün yeni məlumatlar axtarışındadır. Dünya ictimaiyyətini bu nisgilə, həsrətə son qoymaqda bəşəri həmrəyliyə səsləyirik! İnsan itkisi ağır və dözülməzdir, həyatını dəyərli, mənalı ömürlə yaşamaq hər kəsin arzusudur. Zamanın qiyməti olduğu kimi, insanların da yeri cəmiyyətdədir. Gəlin nə itkin olaq, nə də itirən! Bəşəriyət insanlarla güclüdür! Birlikdə insanlarımızı qoruyaq!”.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top