Ərdoğan Putini Türkiyəyə dəvət edib

GÜNDƏM 30 sen 2021, 16:03
Ərdoğan Putini Türkiyəyə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi danışıqları zamanı rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə cavab səfərinə dəvət edib.

Bu barədə “Haber Global” məlumat yayıb.
 
“Yaxın gələcəkdə ona (Putinə) cavab səfərini etməyi təklif etdim. Buna müsbət reaksiya verdi. Həmçinin, bu ilin sonuna qədər Türkiyədə (Rusiya-Türkiyə) Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsini təklif etdim. O buna da müsbət reaksiya verdi”, - deyə Ərdoğan Soçidən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top