Region

Yararsız raketlər almaqda ittiham olunan Ermənistanın sabiq müdafiə naziri saxlanıldı

Yararsız raketlər almaqda ittiham olunan Ermənistanın sabiq müdafiə naziri saxlanıldı

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.

Bubarədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, sabiq nazirin evində axtarış aparılıb. Məlumata əsasən, qısa zaman ərzində onun həbs olunması üçün vəsatət qaldırılacaq. Bir sıra məlumatlara əsasən, D.Tonoyan 2018-ci ilin sonunda yararsız raketlərin 4,6 milyon dollar vəsaitə alınması ilə bağlı ittiham olunur.

Xatırladaq ki, David Tonoyan 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra istefa vermişdi.

D
demokrat.az