“Xahiş edirəm, şəhidlərimizin yaxınlarına diqqət göstərəsiniz” — Zakir Həsənov

SİYASƏT 27 sen 2021, 13:16
"Bildiyiniz kimi, bu gün cənab Prezident İlham Əliyev xalqa müraciət etdi".
 
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edən zaman deyib.
 
"Müraciəti Ordunun bütün şəxsi heyəti ilə birgə dinlədim. Bilin ki, cənab Ali Baş Komandan çox ciddi məsələlərə toxundu. Şəhidlərimizin xatirəsini anırıq, məzarlarını ziyarət edirik. Tədbirdə şəhidlərimizin yaxınları iştirak edir, xahiş edirəm, onlara diqqət göstərəsiniz. Yəqin ki, günün planına uyğun olaraq tədbirlər davam edəcək", - nazir vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top