Hərbi

II Fəxri Xiyabana yürüş oldu, yaylım atəşi açıldı

II Fəxri Xiyabana yürüş oldu, yaylım atəşi açıldı

27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.

Demokrat.azxəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.

D
demokrat.az