"Yük maşınları məsələsini araşdırdıq..." — AÇIQLAMA

GÜNDƏM 24 sen 2021, 19:35
“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər isə bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.


Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismariclarını çatdırıb: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Dini liderimizin, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top