Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun dünyasını dəyişməsməsi barədə yayılan xəbərlər yalan çıxıb.
Fazil Məmmədovun yaxınları Demokrat.az-a bildirib ki, ölüm xəbəri yalandır.
"Hazırda Fazil Məmmədov Bakıda iş başındadır. Səhhəti də normal vəziyyətdədir. Bu cür yalan xəbərlərə inanmayın", - deyə keçmiş nazirin ailə üzvləri bildirib.
Qeyd edək ki, bir sıra saytlarda Fazil Məmmədovun Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə getməsi barədə xəbər yayılıb.