Mingəçevirdə gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 21 sen 2021, 13:06
Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Səid Babayev arvadı, Səliməyə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 3-də, saat 13 radələrində baş verib. 

Rövşən yaşadığı evdə qeyri-rəsmi yaşadığı Səlimənin ona məxsus olan mobil telefona icazəsi olmadan baxmasına narazılıq etməsi səbəbindən aralarında ailə münaqişəsi zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı əli və ayağı ilə Səlimənin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Səid Babayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, bildirib ki, Səlimə ilə 10 ildir qeyri-rəsmi münasibətdə olub: “Avqustun 3-də, saat 09.00-da Səlimənin yaşadığı evə getdim. Evə daxil oldum və qonaq otağına keçdim. Bir az söhbət etdik. Sonra yuxum gəldiyini dedim və divanda yatdım. Saat 13.00-da yuxudan oyanan zaman mənə məxsus “Ketel” markalı mobil telefonu Səlimənin əlində olduğunu gördüm və ona “mənim telefonumla nə işin var?” dedim. Səlimə isə telefona gələn-gedən zənglərə baxdığını dedi. Öz narazılığımı bildirdim. Səlimə ünvanıma kobud sözlər dediyinə görə əsəbləşdim. Səlimənin saçından tutaraq üz və bədən nahiyəsinə vurdum”. 

Səid ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib. Qeyd edib ki, Səlimə ilə barışıb. O, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edib.

Zərərçəkmiş Səlimə də ifadəsində hadisəni olduğu kimi danışıb və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. 

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Səid Babayevin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top