Merkelə bənzəyən oyuncaq ayı düzəldildi FOTO

DÜNYA 19 sen 2021, 23:03
Almaniyanın Koburq şəhərindəki oyuncaq ayı istehsal edən fabrik kansler vəzifəsindən getməsi münasibətilə Angel Merkelə bənzəyən ayı düzəldib.

Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Dünyada olan status və adların hamısı bizim sərgimizdə təqdim olunub”, - fabrikin direktoru Martin German deyib.
Onun sözlərinə görə, istehsalçılar bunu oyuncaq kimi deyil, sənət əsəri kimi yaradıblar.

Oyuncaq Merkel qırmızı pencək və qara şalvarda təsvir olunub. Butsları isə Almaniyanın bayrağının rəngləri ilə bəzədilib. Direktor bildirib ki, oyuncaqdan 500 ədəd buraxılacaq və 16 nömrəli oyuncaq ayı Merkelə təqdim olunacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top