Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açdı

REGİON 19 sen 2021, 19:16
Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Mülki Aviasiya Komitəsi yayıb.

Bildirilib ki, tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanın açıb.

Qeyd olunub ki, Türk Hava Yolları Gəncə-Naxçıvan marşrutu üzrə müntəzəm reyslərdə Ermənistanın hava məkanından istifadə edə biləcək.

Bu, beynəlxalq tələblərə uyğun olaraq həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top