Səyyad Əlizadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

İNCƏSƏNƏT 19 sen 2021, 14:18
Yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur.

Bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır:
“Hələ ki, Səyyad bəyin səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edir”

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub./APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top