Ukrayna Rusiya ilə sərhəddə təlim keçdi


DÜNYA 18 sen 2021, 22:04
Ukrayna Daxili İşlər Nazirliyinin hərbçilər və Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ilə sərhəddə yerləşən bölgələrdə xüsusi taktiki təlimlər keçirib.
 
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Manevrlərdə Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Fövqəladə Hallar Xidməti, Milli Polis, Xüsusi Kommunikasiya və İnformasiya Mühafizəsi Dövlət Xidmətinin əməkdaşları daxil olmaqla 1500-dən artıq hərbçi iştirak edib.
 
Təlimlərdə 100-dən artıq hərbi texnika istifadə edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top