Köhnə binada mənzil almaq istəyənlərin nəzərinə — VİDEO

SOSİAL 18 sen 2021, 09:22
Köhnə binalardakı mənzillərin qiyməti ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, son bir ildə daşınmaz əmlak bazarındakı qiymətlərdə 8,42 faiz artım var.

Son bir ay ərzində isə köhnə binalardakı mənillərin qiyməti 2,95 faiz azalıb.

Nüsrət İbrahimov bildirib ki, köhnə mənzillərin ucuzlaşmasına səbəb ipoteka kreditləşməsi ilə bağlı yaranan çətinliklərdir. Çünki banklar bu mənzillər üçün kredit ayırmır. Bu səbəbdən də köhnə mənzilləri satan çox olsa da, alıcı azdır.

Nüsrət İbrahimovun sözlərinə görə, qarşıdakı 1 ildə köhnə binalardakı mənzillərin qiymətində artım gözlənmir, hətta azalma da ola bilər. Lakin yeni mənzillərin bahalaşması qaçılmazdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top