Azad olunan ərazilərdə peşə təhsili müəssisələrinin tikilməsi məsələsinə baxılır

SOSİAL 17 sen 2021, 14:21
"Azərbaycanın işğal altında olan torpaqlarında 12 peşə təhsil müəssisəsi fəaliyyət göstərib".

Demokrat.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan sonra həmin təhsil müəssisələrinin 6-sı tamamilə fəaliyyətini dayandırıb, 6-sı isə köçkün məktəbləri formasında rayonlarda fəaliyyət göstərir: "Peşə təhsil sistemi Ermənistanın işğalçı dövründə ən çox zərər görən sistemlərdən biri olub. Azərbaycan torpaqları işğal edildikdən sonra peşə təhsili müəssisələrinə aid infrastrukturun təxminən 50 faizi qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün istifadə olunub".

"Torpaqlarımızın işğaldan azad olunması ilə, İşçi qrup və komissiyalar, dövlət qurumlarında bir çox işlər görülür. İşğaldan azad olunan torpaqlarda peşə təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı isə, torpaqların yenidən qurulması siyasətinə, profillər və ixtisaslar, infrastruktur, harada ilk məktəb tikiləcək, növbəlilik məsələsinə baxılır. Bu barədə qərarlar olduqca məlumatlar veriləcək"- deyə direktor müavini C.Kərimov əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top