Bakının işğaldan azad olunması münasibətilə daha bir yürüş başladı — FOTOLAR

HƏRBİ 15 sen 2021, 10:33
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.

Demokrat.az xəbər verir ki, tədbirə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.

Türkiyənin bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar.

Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top