Türkiyənin vaksini Azərbaycanda sınaqdan keçiriləcək?

REGİON 12 sen 2021, 17:27
Türkiyənin COVID vaksini Azərbaycanda da sınaqdan keçirilə bilər

Türkiyənin koronavirusa qarşı hazırladığı “Turkovac” peyvəndi sinaqlarının üçüncü mərhələsi bu ölkəylə yanaşı Qırğızıstanda da keçiriləcək.

Müvafiq açıqlama ilə Bişkek səfərindən qayıdan Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay çıxış edib.

O, Qırğızıstan prezidenti Sadır Japarovla müvafiq məsələ barəsində razılıq əldə edildiyini bildirib.

Prezident köməkçisinin sözlərinə görə, hazırda Azərbaycan, Pakistan, Polşa, Argentina və Kolumbiya kimi bir çox ölkələrdə də preparatın sınaqlarının təşkili barədə danışıqlar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top