Özünü asan qızı son anda xilas etdilər

HADİSƏ 11 sen 2021, 16:31
Gəncədə 17 yaşlı qız intihara cəhd edib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhərin M. Axundzadə küçəsində 2004-cü il təvəllüdlü H.E. özünü asaraq intihar etmək istəyib.

Son anda yaxınları onun həyatını xilas edə bilib.

Xəstəxanaya yerləşdirilən gənc qızın vəziyyəti ağır qiymətləndirilir.

Onun hansı səbəbdən intihar etmək istədiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top