“SFA Federasiyası Kuboku 2021” yelkənli qayıqların yarışı başlayıb — FOTO

İDMAN 10 sen 2021, 19:49
Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” yarışı başlayıb.  

Sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə  “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.  Turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf”  sinifləri  üzrə  yarışıblar.

32 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib. 3 gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq. Qeyd edək ki, Kubokun mükafatlandırılma mərasimi sentyabr ayının 12-də keçiriləcək.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top