Ramin Hacılı məhkəmədə huşunu itirdi

HADİSƏ 10 sen 2021, 16:37
Azərbaycan Avropa Hərəkatının hazırda həbsdə olan sədri Ramin Hacılı məhkəmədə huşunu itirib.

Bu barədə anası Hürü Hacıyeva Qaynarinfo-ya açıqlamasında deyib.

O bildirib ki, oğlu acıq aksiyası keçirdiyi üçün halı pisləşib: “Raminin ürəyi getdi, Təcili Tibbi Yardım çağırdılar. Su vermək istədilər, içmədi. Həkimlər gəlib iynə vurdu”.

Proses sentyabrın 14-nə təxirə salınıb.

Qeyd edək ki, Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib.

Prokurorluğun verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top