Deputat: "Onlar rəsmi Moskvanın təlimatlarını yerinə yetirirlər"

GÜNDƏM 10 sen 2021, 12:43
"Rusiya sülhməramlılarının komandanı vəzifəsinə kimin təyin edilməsinin fərqi yoxdur. Onlar rəsmi Moskvanın təlimatlarını yerinə yetirirlər. Bəlkə yeni təyin olunmuş şəxs sabiq komandan Rüstəm Muradovdan da pis olacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, müvafiq vəzifəyə təyin olunanlar özbaşına hərəkət edə bilmirlər: "Misal üçün, hansısa dövlət tərəfindən xarici ölkəyə səfir göndərilənlər. Həmin şəxslər hansı ölkəni təmsil edirlərsə, o ölkənin məsələyə münasibətini və verilən təlimatlara uyğun davranırlar. Rusiya sülhməramlılarının keçmiş komandiri Rüstəm Muradovun əleyhinə mən də sərt çıxışlar etmişəm. Araik Arutyunyanla elə qucaqlaşıb öpüşürdü ki, elə bil, sevgilidirlər. Həmçinin başqa bir sıra cinayət əməlləri var idi. Amma istənilən halda, Rüstəm özbaşına deyildi. O, Moskvanın verdiyi tapşırıqları yerinə yetirirdi. İndi Rüstəm Muradov getdi, yerinə bu birisi gəldi. Fərqi yoxdur, bir komandir, general kimi heç vaxt özfəaliyyətlə məşğul ola bilməzlər. Moskva vəzifəyə təyin edərkən həmin şəxsləri necə təlimatlandırırsa, onlar da təlimata uyğun davranış sərgiləyirlər. Rüstəm Muradov gəldiyi gündən seperatçılarla əməkdaşlıq etdi. Yəni Moskva münasibəti dəyişməyəcək və seperatçıların Azərbaycandan çıxarılması tapşırığını verməyəcəksə, yeni təyinatla heç nə dəyişməyəcək".

Qeyd: General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top