Gələn il əhalinin gəlirləri nə qədər olacaq? — MƏLUM OLDU

MALİYYƏ 08 sen 2021, 21:25
İnflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq, 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.

2022-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 3,7 faiz artaraq, 18,7 milyard manat olması proqnozlaşdırılır ki, bunun da 70,7 faizi daxili investisiyaların, 29,3 faizi isə xarici investisiyaların payına düşür.

2022-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 11,5 milyard manat olmaqla, ümumi investisiyaların 61,6 faizini təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top