Qarabağda daha 1 erməni hərbçinin meyiti tapıldı

REGİON 06 sen 2021, 20:10
Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, cəsədin qalıqları işğaldan azad olunmuş Ağoğlan qəsəbəsi (Hadrut) ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.
Qeyd edilib ki, cəsədin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1657 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top