Antiterror əməliyyatları başlaya bilər: "Təxribatlara əl atan Ermənistanla hansı sülh danışıqlarından danışmaq olar?"

DAXİLİ SİYASƏT 05 sen 2021, 21:32
Demokrat.az Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ilə müsahibəni təqdim edir:

- Elşad müəllim, 10 noyabr kapitulyasiya aktının iki aydan sonra bir ili tamam olur. Amma Paşinyan hələ də “sülh” oyunu ilə manipulyasiya edir. Bu hala nə vaxta qədər davam edə bilər?

- Erməni baş nazir Nikol Paşinyan həmişəki kimi, blef xarakterli mövqe sərigələməkdədir. Onun 2018-ci ildə hakimiyyətə gəlməsindən bu günə qədər Qarabağla bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. O, Azərbaycan üçün qəbul olunmaz şərtlər daxilində hər zaman sülh danışıqlarına, münaqişənin dinc vasitələrlə həllinə hazır olduğunu bildirirdi. Təbii ki, bu onun öz təfəkkürünün məhsulu deyildi. Ona kənardan verilmiş təlimatlara uyğun hərəkət edirdi. Bir tərəfdən tərəfdən separatçı rejimin, “Dağlıq Qarabağın statusu” məsələsində israr edir, bunun ardınca Azərbaycanla danışıqlara, Türkiyə ilə münasibətlərin normalaşamasına hazır olduğunu bildirir. Son nəticədə isə bundan imtina edir. Amma Paşinyan da gözəl bilir ki, olmayan “Dağlıq Qarabağ”ın heç bir “status”undan söhbət gedə bilməz. Bu beynəlxalq hüquqla ciddi ziddiyət təşkil. Həmçinin bu hal BMT nizamnaməsinə qarşı çıxmaq anlamına gəlir.

- İndiki halda Ermənistanı sülhə məcbur etmək üçün beynəlxalq birliyin mövqeyi hansı halda əsaslı ola bilər?

- BMT-də daxil olmaqla beynəlxalq instansiyalar məsələyə obyektiv münasibət sərgiləmir. Eyni zamanda bu başqa bir paradoksallıq da yaradır. Vaxtilə Ermənistanın ərazisinə qatılmış tarixi Azərbaycan torpaqlarında azərbaycanlılar da konpakt şəkildə yaşayıb. O zaman nəyə görə, ermənilər azərbaycanlıları həmin ərazilərdən qovdular? Vaxtında orada yaşayan azərbaycanlılara da status verə bilərdilər. Beynəlxalq ictimaiyyət də çox təəsüf ki, erməni tərəfinin bu cinayətlərini görməməzlikdən gəlir. Tarix faktlar göz önündədir. Ermənilər azərbaycanlıları bu günki Ermənistan ərazisindəki tarixi ata-baba ocaqlarından zorla çıxarıblar. Bu günki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını da bu gün dünya bilir. Amma Azərbaycan ərazisində 20-25 min arasında erməniyə görə, Paşinyan “status”dan dən vurur.

- Paşinyanın Türkiyə ilə əməkdaşlıqla bağlı fikirlərini ciddi qəbul etmək nə dərəcədə məntiqlidir?

- Erməni baş nazir Azərbaycanla, Türkiyə ilə əməkdaşlıqdan danışır digər təfədən isə iddialarından əl çəkmir. Təbii ki, Paşinyanın bu mövqeyi bir-birini kəskin şəkildə təkzib edir. Nəticədə də elə bir mənzərə hasil olur ki, Paşinyan nə sülh, nə də ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəmir. Çünki onun irəli sürdüyü şərtlər bunları təkzib edir. Paşinyan bir dəfə də olması deməyib ki, “onlar saxta soyqırım iddiasından imtina edirlər”. Əskinə ermənilər bu gün də dünyada saxta soyqırımın təbliği ilə məşğuldur.

- Azərbaycanla Ermənistan sərhəd xəttindəki təxribatları da sülh prosesini qeyri-müməyən vaxta qədər yubatmaq cəhdi kimi dəyərləndirmək nə dərəcədə doğru olar?

- Sözsüz ki, Azərbayanla bəlli sərhəd xəttində təxribatlara əl atan Ermənistanla hansı sülh danışıqlarından danışmaq olar. Azərbaycan ərazisində separatçıları dəstəkləyib, onların “status”undan danışan bir adamla münasibətlərin normallaşmasından danışmaq yerisizdir. Çox təəsüf ki, heç bir beynəlxalq instansiya Ermənistana bununla bağlı etiraz etmir. Bu ölkəyə xatırladılmır ki, 1989-cu ilin dekabrın 1-də Ermənistan SSRİ-nin parlamenti Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında sənəd qəbul edib. Ermənistan bununla rəsmi şəkildə etiraf edir ki, o Azərbaycan torpaqlarını özünə ilhaq etmək istəyir. Bu onu göstərir ki, Ermənistan hələ də işğalçılıq niyyətini yaşadır. Amma bütün bunlara baxmayaraq 44 günlük müharibə Ermənistan üçün bir dərs olmalıdır. Erməni ordusu darmadağın edilərək 8 mindən çox itki verib. Hələ də bu gün də Azərbaycan ərazilərindən erməni əsgərlərinin qalıqları aşkarlanır. Bundan erməni tərəfi dərs çıxarmalıdır. Katolikos II Qaregin erməni əsgərlərinin basdırılması prosesində demişdi ki, “biz çox kiçik saylı xalqıq, amma qırıla qıla gedirik”. İlk növbədə onlar ağılsız davranışlarına görə qırılmalarının fərqinə varmalıdırlar. Bütün bunların fonunda Azərbaycan öz leqal ərazilərində növbəti antiterror əməliyyatları keçirdiyi zaman da Ermənistan vəziyyətinin necə olacağını yaxşı bilir.

- 10 noyabrda Ermənistanın götürdüyü öhdəliklər icra olunmamış qalır. Ermənistanı öhdəlikləri icra etməyə hansı variantlarla məcbur etmək olar?

- Ötən ilin 27 sentyabrına qədər Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, o münaqişənin dinc vasitələrıə həll edilməsi üçün bütün addımları atır. Birgə bəyanatın şərtlərinə uyğun olaraq da Azərbaycan bütün öhdəlikləri icra edir. Kommunikasiya xəttlərinin bərpası üçün görünməyəcək tempdə işlər görülür. Çünki birgə Bəyanatın şərtləri keçmiş münaqişə bölgəsində kommunikasiyanın qurulması, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tuturdu. Eyni zamanda bu şərtlərə uyğun olaraq tərəflər 10 noyabrda olduğu yerdə qalır. Azərbaycan bu şərtlərə ciddi əməl edir. Ermənistan isə bütün bunların əksinə olan addımlar atır. Ona görə də sabah Azərbaycan öz ərazisində antiterror əməliyyatlarına başlayacağı təqdirdə heç kimin bizə qarşı bir iradı olmayacaq. Azərbaycan o zaman da bildirəcək ki, birgə Bəyanatın şərtlərini özü təmin etdi. Ona görə də, hazırkı real vəziyyətdə zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə zərərinə işləyir. /Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top