Ukraynanın müstəqilliyi ilə bağlı beynəlxalq festivala ermənilər qatılmadı — VİDEO

DİASPOR 24 avq 2021, 14:34
Kiyevdə Ukraynanın Bayraq Gününə və müstəqilliyinin 30 illiyinə həsr olunmuş “Etniçniy vinoçok” adlı etnik xalqların beynəlxalq mədəniyyət festivalı keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Festival Kiyevin Desnyansk rayon Adminstrasiyası ilə Ukraynanın azərbaycanlı Xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən baş tutub.

Beynəlxalq Festivala Ukraynada yaşayan bütün etnik xaqların nümayəndələrinin qatılsa da ermənilər qatılmayıb. Azərbaycan pavilyonunu Ukrayna Azərbaycanlıları Radası (UAR) təmsil edib. UAR Festivalda Azərbaycan üçün ayrılmış pavilyonda milli bayraq ilə yanaşı milli musiqi alətləri, milli mədəni irsimizlə bağlı nəşrlər və sair mədəni nümunələr sərgiləyib.

Festivalı açıq elan edən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi, müğənni Nataliya Kudryaşova bildirib ki, Ukraynada 120-dən çox etnik millətlərə məxsus insanlar yaşayır və onların tam əksriyyətinin nümayəndəsi bu gün Festivalda təmsil olunur.

Desnyansk rayon administrasiyasının rəhbəri Dmitri Ratnikov isə bildirib ki, Ukrayna etnik müxtəlifliyinə görə zəngin ölkə kimi bununla qürur duyur. Daha sonra D. Ratnikov Azərbaycan Pavilyonuna yaxınlaşaraq tanış olub, RAU Baş katibi Ceyhun Məmmədov vasitəsi ilə Ukrayna vətəndaşı olan bütün azərbaycanlıları təbrik edib.

Təxminən mindən çox iştirakçının toplaşdığı, Ukrayna himni ilə start götürən Festivalda yəhudilər, almanlar, gürcülər, moldovanlar, polyaklar, afrika xalqlarının nümayəndələri, anadolu türkləri, ispanlar və digər ölkədə yaşayan etnik xalqların nümayəndələri milli mədəniyyət nümunələrini sərgiləyib, musiqilər səsləndiriblər.
 


Ukraynanın azərbaycanlı Xalq artisti Qurban Abbasov və müğənni Nataliya Kudryaşova isə Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını səsləndiriblər. İfa coşqu ilə qarşılanıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top