Rəşad Mahmudov Eldəniz Səlimov barədə: "Mərd, alicənab və vətənpərvər bir insan kimi..."


SOSİAL 01 avq 2021, 23:31
"İnsan oğlunun buraxdığı səhvi başa düşməsi, eləcə də sonra üzr istəmək mədəniyyətini ortaya qoyması ərdəmlikdir, yaxşı mənada cəsarətdir".

Demokrat.az
-ın xəbərinə görə, bu barədə deputat Rəşad Mahmudov polisi döyən həmkarı Eldəniz Səlimovun sosial şəbəkədə yaydığı açıqlamaya şərhində bildirib.

"Fəaliyyətinizə qiymət vermək (seçicilərinizin haqqıdır) mənə düşməz. Məlum hadisəyə rəy və qərar bildirmək Milli Məclisin İntizam Komissiyası və Ədliyyə orqanlarının vəzifəsidir. Partiyamız adına da arzuolunmaz bir hadisədir deyə bilərəm. Amma mən şəxsim adına mərd, alicənab və vətənpərvər bir insan kimi sizi tanıdığıma çox şadam" - R.Mahmudov qeyd edib. 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top