Türkiyədəki meşə yanğınlarında ölənlərin sayı 7 nəfərə çatıb

REGİON 01 avq 2021, 18:08
Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” Türkiyə mediasına istinadən xəbər verir. Qeyd edilir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında həlak olanların sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top