Tokio-2020: Azərbaycan ikinci medalını qazandı

İDMAN 01 avq 2021, 14:14
Boksçumuz Alfonso Dominges 81 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Demokrat.az
-ın xəbərinə görə, yarımfinalda son olimpiya çempionu Arlen Lopesə (Kuba) məğlub olan idmançımız finala adlaya bilməyib və nəticənə bürünc mükafatla kifayətlənib. 

Dominges ilk raundu qalib başa vursa da, sonrakı iki raundda rəqibinə məğlub olub. Son raundda boksçumuzun noqdauna düşməsi, beş hakimin hər birinin xalları Lopesə verməsinə gətirib çıxarıb. 

Qeyd edək ki, bu, Azərbaycan yığmasının ikinci medalıdır. Buna qədər qadın cüdoçumuz İrina Kindzerskaya bürünc mükafata yiyələnib. 

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top