Ərdoğan: “Baş verən yanğınlardan birinə uşaqlar səbəb olub”

GÜNDƏM 01 avq 2021, 00:33
“Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, digərlərinin səbəbkarları araşdırılır”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyədə Marmarisdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti deyib ki, meşələri yandıranlar tapılıb ciddi şəkildə cəzalandırılacaq: “Milasdakı yanğnla əlaqədar bir şübhəli saxlanılıb. Zərər çəkən bütün vətəndaşlarımıza da dəymiş ziyan ödəniləcək”.

R.T.Ərdoğan meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almaması üçün Azərbaycandan və ölkənin digər vilayətlərindən göndərilən yanğın-xilasetmə heyətinin Türkiyənin yanğın baş verən hər sahəsinə dəstək verdiklərini vurğulayıb.

“Həmrəyliyə ən çox ehtiyacımız olduğu günlərdə vətəndaşlarımızı birliyə dəvət edirəm”, deyə prezident əhaliyə çağırış edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top