Kürdəmirdə həmkəndlisini güllələyərək öldürən şəxs saxlanıldı

KRİMİNAL 31 iyl 2021, 18:28
İyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top