Sahibsiz itlər 26 yaşlı gənci xəstəxanalıq etdi

HADİSƏ 29 iyul 2021, 09:22
Salyan rayonunda 26 yaşlı gənci it dişləyib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Hüseynov Etibar Etibar oğlu yolda gedən zaman qəfil sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən biri onu dişlyərək müxtəlif dərəcəli xəsarət yetirib.

E. Hüseynov Salyan mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top