Ukraynada bu il yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

DİASPOR 28 iyl 2021, 14:47
Ukraynada 2021-ci ilin ilk altı ayında yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) təşkilatından “Report”un Şərqi Avropa Bürosuna verilən məlumata görə, bu ilin yanvarın 1-dən iyulun 1-ə qədər 2 238 nəfər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən UABD sorğusuna cavab olaraq daxil olan rəsmi məktubda bildirilir ki, bunlardan 1 549 nəfəri müvəqqəti, 689 nəfəri isə daimi yaşayış izni alanlardır.

Qeyd olunan müddətdə 1 nəfər Azərbaycan vətəndaşı isə öz müracəti ilə Ukrayna vətəndaşlığına qəbul olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top