Rusiyada bir ailənin 5 üzvü yol qəzasında öldü

DÜNYA 26 iyl 2021, 19:33
Rusiyanın Həştərxan vilayətinin Yenotayevsk rayonunda “KamAZ” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsi yayıb.

Bildirilib ki, “KIA Sportage” və “KamAZ” Yenotayevsk rayonunun Kopanovka kəndində toqquşub. Minik maşını tamamilə yanıb.

Hadisə nəticəsində “KIA”dakı bir ailənin 5 üzvü - 1974-cü il təvəllüdlü ata, 1984-cü ildə anadan olan ana, onların 18 yaşlı qızı, 2003 və 2011-ci illərdə anadan olan iki oğulları da vəfat edib.

Faktla bağlı cinayət işi başlayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top