Rövnəq Abdullayev işdən azad edilmiş vitse-prezidentlərlə vida görüşü keçirdi

SƏNAYE VƏ ENERGETİKA 23 iyul 2021, 10:14
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və qurumun rəhbər heyəti bir neçə gün əvvəl vəzifələrindən azad edilmiş vitse-prezidentlərlə vida görüşü keçirib. 

Demokrat.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib.

“Cənab Prezidentin sərəncamı ilə vəzifələrindən azad olunmuş rəhbər heyətlə görüşdük”-deyə X.Məmmədov görüşdən foto paylaşıb.

Xatırladak ki, Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov, vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Niyazi oğlu Məmmədov vəzifələrindən azad edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top