“Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı iki ölkə arasında müzakirə edilən məsələlər paket xarakterli idi. Bu müzakirələr təkcə ikitərəfli münasibətlər konteksində deyil, həmçinin regional münasibətlər baxımından aktual idi. Görüşdə iqtisadi, post-münaqişə və post-pandemiya dövrüna aid olan məsələlər regionun gələcəyi baxımından əhəmiyyətli idi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Azərbaycan və Rusiya dövlət başçılarının görüşü ilə bağlı fikirlərini bölüşən deputat bildirib ki, Azərbaycan regionda sabitliyin olması ilə bağlı qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi:
“Azərbaycan Prezidenti Rusiya Federasiyasını bir daha dost və yaxın ölkə adlandırdı. Rusiya dövlət başçısı da Azərbaycan Prezidenti barədə xoş sözlər işlətdi. Bu o deməkdir ki, müharibədən sonrakı 8 ay ərzində iki ölkə arasında münasibətlər daha da dərinləşib və strateji konteksdə yeni perspektivlər vəd edilir. Hazırda ən aktual məsələlərdən biri Ermənistanla sülh müqaviləsinin bağlanması ilə bağlıdır. Buna uyğun olaraq, prezident bir daha bəyan etdi ki, post-münaqişə mərhələsində yaşayırıq və bu dövrün ən ağrısız şəkildə sülh mərhələsinə keçməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə hazırıq. Əslində, bu fikirlər Azərbaycan prezidentinin daha öncə səsləndirdiyi “Biz Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq” ifadəsinin yeni konteksdə təqdim olunması idi. Bu, təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri üçün olduqca əhəmiyyətlidir. Dünyada çox dinamik hərbi-siyasi, strateji proseslər baş verir. Bu baxımdan, hər şeydən əvvəl region ölkələrinin maraqları daimi və davamlı sülhün bərqərar olması istiqamətindədir”.
Deputat vurğulayıb ki, hazırda regionla bağlı əsas məsələlərdən biri də sərhədlərin müəyyənləşməsi ilə bağlıdır və Rusiya da bu prosesdə müsbət irəliləyişə nail olmaq mövqeyindən çıxış edir:
“Dövlət başçıları arasında müzakirə edilən məsələlərdən biri də sərhədlərin beynəlxalq hüquqlara əsasən tanınması məsələsi idi. Bilirik ki, Ermənistanın baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Rusiya Federasiyasına səfəri zamanı da bu mövzu müzakirə edilmişdi. Azərbaycan dövlət başçısı ilə Rusiya prezidenti arasında da bu məsələ müzakirə edildi. Bu, təbiidir, çünki 10 noyabrda imzalanan üçtərəfli bəyannamənin təminatçısı Rusiyadır. Rusiya regionda kommunikasiya xətlərinin açılmasında, sülhün bərqərar olmasında maraqlıdır. Artıq düşünmək olar ki, zaman keçdikcə regiondan kənar aktorların əldə edilmiş kövrək sülhə müdaxiləsi və prosesə ötürəcəyi mümkün mənfi impulslar gələcək perspektivdə sülhün əldə olunmasında çətinliklər yarada bilər. Ona görə də, hazırkı tarixi fürsəti qiymətləndirərək, regionda daimi sülhə nail olmaq mümkündür. Azərbaycan və Rusiya bunu etməyə hazırdır, Ermənistan isə görünür bəzi xarici himayədarlarının təzyiqi və təsiri ilə bundan yayınmağa cəhd göstərir. Son günlər istər Ermənistan-Azərbaycan sərhədində, istərsə də rusiyalı sülhməramlıların səlahiyyət zonasında olan ərazilərimizdə baş verən bəzi insidentlər məhz bu xarici faktorlarla əlaqəli, onlarla izah edilə biləcək hadisələrdir. Ona görə də, ən qısa zamanda sülhün imzalanmasına ciddi ehtiyac var”.
Millət vəkili Ermənistanın sülh müqaviləsi imzalamağa daha çox ehtiyacı olduğunu və bu istiqamətdə sadəcə Azərbaycan və Rusiya ilə birgə səylər göstərməsinin vacibliyini qeyd edib:
“Azərbaycan Prezidentinin Rusiya dövlət başçısı ilə görüşündə də vurğuladığı kimi, birgə səylərlə sülh müqaviləsinin imzalanmasına və sərhədlərin müəyyənləşməsinə nail olmaq mümkündür. Şübhəsiz ki, birgə səylər deyərkən, Ermənistanın da bu istiqamətdə müəyyən addımlar atması nəzərdə tutulur. Düşürəm ki, hazırkı reallıq Ermənistanın bu qərarı qəbul etməsi yönündədir. Əks təqdirdə, hansısa xarici təşkilatlar və ya dövlətlərdən nə qədər investisiya daxil olsa belə, bunun ciddi nəticələri olmayacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamadıqca, kommunikasiya xətləri açılmadıqca, bu məbləğlər hansısa iqtisadi nəticələrin əldə olunmasına kömək edə bilməyəcək. Faktiki blokadada olan, kommunikasiyaları məhdud olan bir ölkədə sadəcə investisiya yatırımı ilə ciddi uğurlar qazanmaq olmaz. Bu baxımdan düşünürəm ki, Ermənistan da sülh istiqamətində addım atmaqla, iki ölkənin birgə səylərinə üçüncü səy əlavə edilməklə, perspektivdə Ermənistanla sülh sazişi imzalamaq mümkün ola bilər. Bu, həm də Ermənistanın mövqeyindən, onu himayə edən yaxud yaranmış yeni geostrateji reallığı geostrateji plüralizmin pozulması kimi qiymətləndirən ölkələrin müdaxiləsi olmadan baş tuta bilər”.
Aygül Qarayeva
Demokrat.az