Qarabağda daha 7 erməni hərbçinin qalıqları tapıldı


HƏRBİ 15 iyl 2021, 00:17
İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb.
 
Demokrata.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib.
 
Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.
 
Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.
 
Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib.
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 12:52
Top