MEDİA və ADA baş redaktorlara sertifikatlar verdi — FOTOLAR

MEDİA 14 iyl 2021, 19:22
Medianın  İnkişafı Agentliyinin və ADA Universiteti İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı, baş redaktorların iştirakı ilə keçirilən bir aylıq  seminarın bu gün bağlanış mərasimi olub.

Mərasimi universitetin təmsilçisi Aygün Haclıyeva açaraq,  seminar müddətində keçilən mühazirələrin mövzularından söz açaraq, olduqca faydalı nəticələrə nail olunduğunu faktlarla diqqətə çatdırıb. 

ADA-nın prorektoru  Fariz İsmayılzadə  çıxışında  jurnalistlərlə universitetin əməkdaşlığından öndə rektor Hafiz Paşayev olmaqla kollektivin məmnun qaldığını bildirib. Qeyd edib ki, layihə çərçivəsində ADA-nın məzunları olan jurnalistlər universitetin ən yaxın dostlarıdır. 

F. İsmayılzadə seminar çərçivəsində əldə olunan biliklərin mətbuatın inkişafına təkan verəcəyini də əminliklə vurğulayıb. 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru  Əhməd İsmayılzadə layihədə yaxından iştirak edən medua mənsumlarına minnətdarlığını bildirib.  Bu seminarların ilk olduğunu söyləyən icraçı direktor bu mənada da jurnalistləri təbrik edib. O, vurğulayıb ki, belə layihələr davamlı olacaq və ADA ilə MEDİA-nın birgə əməkdaşlığı nəticəsində mətbuatın tarixində yeni səhifə açılacaq və gələcəkdə jurnalist olanlar bu səhifədə əksini tapanları oxuyub peşəkarlığın  sirrlərinə bələd olacaqlar. 


Bağlanış mərasimində seminarlarda mühazirəçi məharəti ilə xüsusi seçilən ADA-nın təmsilçisi Şəfəq Mehrəliyeva baş redaktorların mühazirələrə qatılmasını və mühazirəçilərin onlarla öyrənci və müəllim səviyyəsində münasibət qurması hər iki tərəfin cəsarətinin göstəricisidir.  

Tədbirdə jurnalistlər də çıxışlar ediblər. Onlar seminarların faydalı olduğunu, görüşlərdə xeyli təcrübə qazandıqlarını bildiriblər və inkişafa xidmət edən müxtəlif məzmunlu təkliflər irəli sürüblər. 

Sonda iştirakçılara sertifikatlar verilib.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top