Azərbaycandan ABŞ-a it aparmağa icazə verilməyəcək

SOSİAL 14 iyl 2021, 08:43
Quduzluğun yayılması təhlükəsi səbəbindən ABŞ-a itlərin gətirilməsinə müvəqqəti qadağa qoyulub.

Bu barədə ABŞ Xəstəliklərin İdarə Edilməsi və Müalicəsi Mərkəzlərinin saytında deyilir.

Məlumata görə, qadağa 100-dən çox dövlətə şamil olunub. Bu dövlətlər arasında Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Rusiya, Özbəkistan, Ukrayna da var. Bundan əlavə, siyahıya Asiya, Afrika, Latın Amerikasının onlarla ölkəsi daxildir.

Sənəddə qeyd olunur ki, amerikalı mütəxəssislər hesab edirlər ki, bu ölkələrdə itlərin quduzluğa yoluxma təhlükəsi yüksəkdir.

Qadağa son altı ayda siyahıda yer alan dövlətlərdə olan itlərə də şamil edilir.

Sənəddə qadağanın müddəti dəqiqləşdirilmir.(qafqazinfo.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top