Politoloq: "Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz"

GÜNDƏM 12 iyl 2021, 17:33
"3 həmsədr ölkənin – Rusiya, ABŞ və Fransanın səfirlərinin nümayişkəranə şəkildə digər həmkarlarıyla Şuşaya səfər etmək istəmədilər. Bu səfirlərin öz qərarları deyil. Azərbaycan Prezident Administrasiyası səfirləri Şuşaya getməyə dəvət etdikdən sonra həmin ölkələrin səfirləri paytaxtları ilə məsləşhətləşib və müvafiq təlimat alıblar".

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. 

O, bu addımın səfirlərin fəaliyyətinə mənfi təsir göstərəcəyini qeyd edib:

"Moskva, Vaşinqton və Paris səfirlərinə Şuşaya həmkarlarıyla səfər etməyi qadağan edib. Ancaq həmin mərkəzlər anlamalıdırlar ki, onların qadağaları səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək. 

Şuşaya getmək istəməyən səfirlər Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən və erməni separatizminə loyal münasibət bəsləyən diplomatlar kimi dəyərləndiriləcək. Əslində bu 3 ölkədən biri daha ağıllı tərpənib Azərbaycandakı səfirinə “gələn dəfə Şuşaya gedərsən” təlimatını versə irəli düşər. Misal üçün ABŞ səfiri adının Rusiya səfiri ilə eyni şəkildə hallanmasından çoxmu həzz alır? ABŞ və ya Fransa səfiri Şuşaya getmək qərarını versələr Rusiyanın regional siyasətinə zərbə vuracaqlar, bu, Vaşinqton və Parisin xeyrinə olacaq. Almaniyanı da anlamaq çətindir. Almaniyanın səfiri Bakıdan kənara çıxmır. Bununla kimə nəyi sübut edirsiniz, Fransanın yedəyində sürünməyin nə mənası var, İtaliyadan çoxmu ağıllısınız? Şuşa Azərbaycan üçün həm də geosiyasi barometrdir. Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz".

Aygül Qarayeva
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top