Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət etdi — FOTOLAR

HƏRBİ 12 iyl 2021, 17:23
İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top