YAP-da yoxlamalar başladı


DAXİLİ SİYASƏT 10 iyl 2021, 11:53
Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

Yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək.

Xatırladaq ki, həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.(unikal.org)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top