Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır


SOSİAL 10 iyl 2021, 10:14
"Biz bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı faktları araşdırırıq. Bununla bağlı yerli icra hakimiyyətləri ilə təmasdayıq. Çünki onlar ünvan, əlaqə nömrəsi öyrənərkən ilk növbədə yerli icra strukturlarına müraciət edirlər".

Demokrat.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, əgər, həqiqətən belə bir şey baş veribsə, utanc gətirən bir faktdır: "Şəhid ailələrindən pul alınması bağışlanan hal deyil. Mütləq hüquq-mühafizə orqanları bu məsələləri diqqətdə saxlamalı, günahkarlar cəzalandırılmalıdır".

Qeyd edək ki, mediada bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı məlumatlar yayılmışdı.(trend.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:27
26 sen 2021, 17:00
Top