Bakıda "Toyota”nın "Land Cruiser 300" modelinin test-drayvı keçirilib — FOTOLAR

AVTO 09 iyl 2021, 19:54
Bu gün “BakuBus”ın təlim mərkəzində “Toyota”nın yeni modeli olan LC 300-ün (Land Cruiser) test-drayv tədbiri keçirilib.

Tədbirdə iştirak edən "Toyota Bakı" mərkəzinin PR mütəxəssisi Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında yeni modelin əvvəlkilərdən fərqindən danışıb:

"Toyota" LC200 modelini yeniləmək qərarına gəldi və bu ildən bu model "Land Cruiser-300" adı ilə istehsala buraxıldı. Avtomobilin əvvəlki modellərdən fərqi odur ki, "Toyota" bu maşında yeni - "Toyota New Technology Architectura" texnologiyasını tətbiq edib. Bundan başqa, dünya səviyyəsində istfadə olunan təhlükəsizlik sistemləri də bu avtomobilə quraşdırılıb. "LC300"-də avtomobilin təhlükəsizliyi və qənaətcilliyi baxımından bütün yeni texnologiyalardan istifadə edilib. Avtomobilin əsas dəyişikliklərindən biri ondan ibarətdir ki, maşının mühərrik hissəsi dəyişib və "Toyota"nın mütəxəssislərinin hazırladığı yeni 3500 kub santimetr həcmində olan mühərrik yerləşdirilib. Buna görə də, avtomobil daha sürətli və güclüdür, at gücü 415-ə yüksəlib. Həmçinin, maşının ötürücüsü də artıq 10 pilləli olub. Bu da motora əlavə güc verib. Yeni "LC300" bir neçə versiyada təqdim edilir. Bu model artıq həm şəhərdaxili avtomobil kimi, həm də yolsuzluq maşını kimi təqdim edilir.

Bundan başqa, yeni modeldə avtomobilin hündürlüyü bir qədər azaldılıb. Daha keçici, manevrlərdə daha effektiv olub. Həmçinin, maşının keçilməz yollar üçün olan funksiyaları da artırılıb. Əvvəl avtomobilin dərə və çaylarda keçmək sistemi vardısa, artıq bu sistem ikiqat artırılıb. Yeni modellə artıq keçilməz yol yoxdur".

Şirkət rəsmisi yeni modelin qiyməti barədə də məlumat verib:

"Land Cruiser-300-ün minimal qiyməti 145 min manatdır. Mühərrik həcminə və tətbiq olunan texnologiyalara görə qiymət yüksəlir. Artıq modelin satışı Bakıda təşkil edilir. Bu modeli əldə etmək istəyənlər, Bakıdakı "Toyota" mərkəzinə gələrək, həm test sürüşünə yazıla, həm də sifariş edə bilər. Vətəndaşlarımızın rahat, təhlükəsiz avtomobillərə sahib ola biləcəyinə sevinirik. Azərbaycan vətəndaşları hər şeyin ən yaxşısına layiqdir, o cümlədən avtomobilin. Nəhayət, torpaqlarımızı işğaldan azad etmişik. İşğaldan azad edilən ərazilərə rahat yollar çəkilənə qədər "Land Cruiser"in yolsuzluq avtomobilləri vasitəsilə getmək olar. Bu baxımdan, həmin modellərə böyük tələbat var".
No description available.
No description available.
No description available.
No description available.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top