Qərb rayonlarında güclü sel fəsadlar törətdi — VİDEO

HADİSƏ 08 iyl 2021, 18:15
Dünən axşam saatlarından başlayaraq aramsız yağan yağış və güclü külək Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında ciddi fəsadlar törədib.

Gədəbəy rayonunda leysan yağışlar selə səbəb olub və bir neçə kənd ərazisində çay daşıb, sel suları kənd yollarına, təsərrüfata, əkin sahələrinə ziyan vurub.

Şəmkir rayonunda da güclü yağış bir neçə sakinin yaşadığı evin həyətinə dolub. Rayonun bəzi hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top