Zaqatalada məktəbli oğlan 10 yaşlı qohumuna təcavüz etdi — Şok olay

KRİMİNAL 08 iyl 2021, 11:11
Zaqatala rayonunda 2004-cü il təvəllüdlü Rahib Babayev həmyerlisi, 2011-ci il təvəllüdlü Sərdar Vəliyevə (ad və soyadlar şərti verilib – red.) təcavüz edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rahib Babayev cinsi ehtirasını təmin etmək məqsədilə Sərdar Vəliyevi yaşadığı Zaqatala rayonu, Mosul kəndinin ərazisindən keçən “Bitu” adlanan çayda çimmək adı ilə aldadaraq aparıb. Onlar yaşadıqları evdən təqribən 1-1,5 kilometr uzaqlıqda yerləşən əraziyə gəliblər.

Həmin ərazidə çimmək üçün düzəldilmiş yerdən 40-50 metr, qeyd edilən çayın sahilindən isə təqribən 2 metr aralıda yerləşən üzəri asbest şiferlə örtülmüş ağac və taxta materialından quraşdırılmış taxt formasında çardağın yanında Sərdar Vəliyevə qarşı fiziki zor tətbiq edib.

Daha sonra onu dizləri üstə oturtmaqla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı uşaqbazlıq edib.

İstintaq orqanı tərəfindən Rahib Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Babayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rahib Babayevin müdafiəçisi apelyasiya şikayəti verib. Qeyd olunub ki, məhkum olunmuş şəxs yetkinlik yaşına çatmayıb, orta məktəbdə 9-cu sinifdə oxuyurdu. Şikayətə görə, qəfildən beyninə gələn xoşagəlməz fikir onu cinayət etməyə vadar edib, cinayəti törətdikdən sonra çox peşman olub.

Hadisə törədiləndən sonra uşaqların valideynləri barışığa gəliblər. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin valideynləri qohumdurlar. Zərərçəkmiş şəxsə yetirilən xəsarətin dərəcəsi təyin edilməyib. Vəkil göstərilənlərə əsasən Rahib Babayevin barəsində cəzanın azaldılmasını istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan vəkil kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə təqdim olunub.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb. Sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top